24 mart 2026. Çərşənbə axşamı

Azərbaycan Voleybol Federasiyası yarımçıq dayandırılmış oyunla bağlı qərarını verib


  • Offside
  • 18:03 18.12.2025
  • Oxunma sayı: 288
Azərbaycan Voleybol Federasiyası yarımçıq dayandırılmış oyunla bağlı qərarını verib

Kişi voleybolçular arasında Yüksək Liqanın VII turunda yarımçıq dayandırılan “Xilasedici” – “Ordu” oyunu ilə bağlı qərar verilib.

Azərbaycan Voleybol Federasiyasından (AVF) 90deqiqe.Az-a bildirilib ki, ötən gün keçirilən qarşılaşmanın yekun nəticəsi ilə əlaqədar iclas keçirilib.

Federasiyanın baş katibi Faiq Orucovun rəhbərliyi ilə baş tutan iclasda dünənki qarşılaşmada baş verən hadisələr ətraflı şəkildə araşdırılıb və məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.

Qərara əsasən, yarımçıq dayandırılan qarşılaşmada “Xilasedici” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.







Offside