- Offside
- 20:55 18.12.2025
Şotlandiyanın "Seltik" klubunun prezidenti Piter Louell vəzifəsini tərk edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Louellin bu addımı atmasına səbəb bəzi azarkeşlər tərəfindən ünvanlanan təhqir və hədələr olub. Son dövrlərdə "Seltik" azarkeşləri klubun transfer siyasətini və ümumi inkişaf strategiyasını kəskin tənqid edirdilər.
"Uzun illər ərzində bir çox sahələrdə çətinliklərin öhdəsindən gəlmək bacarığımı sübut etmişəm. Lakin bəzi mənbələrdən gələn təhqir və təhdidlər getdikcə artdı və artıq dözülməz həddə çatdı", – deyə Louell qərarını şərh edib.
Xatırladaq ki, "Seltik" cari mövsüm üçün gözlənilmədən Çempionlar Liqasına vəsiqə qazana bilməyib.