19 dekabr 2025. Cümə

Azərbaycan Həndbol Federasiyasının rəsmisi IHF-nin Konqresinə qatılacaq


  • Offside
  • 13:06 19.12.2025
  • Oxunma sayı: 21
Azərbaycan Həndbol Federasiyasının rəsmisi IHF-nin Konqresinə qatılacaq

Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov Misirin paytaxtı Qahirədə keçiriləcək Beynəlxalq Həndbol Federasiyasının (IHF) 40-cı Konqresinə qatılacaq.

Bu barədə 90deqiqe.Az-a AHF-dən məlumat verilib.

Konqresin gündəliyində duran əsas məsələlərdən biri IHF-də müvafiq strukturlara seçkilərin təşkilidir. Bununla yanaşı, qlobal həndbolun inkişaf strategiyası, maliyyə məsələləri, eləcə də qayda və reqlamentlərə dair mühüm qərarlar da müzakirə ediləcək.

Qeyd edək ki, Konqres dekabrın 20-21-də keçiriləcək.







Offside