- Offside
- 23:30 19.12.2025
Yeddiqat dünya çempionu və "Ferrari" pilotu Luis Hemilton Formula 1 filminin çəkilişi ilə bağlı gördüyü işlərdən danışıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə pilotçu şəxsi sosial şəbəkə hesabında yazıb.
"Formula 1 filminin çəkilişi ilə hələ də inanılmaz dərəcədə qürur duyuram. Formula 1 dünyasını böyük ekrana çıxarmaqda iştirak etmək inanılmaz bir təcrübə idi"
Film, Formula 1-in yüksələn ulduzu Coşua Piri öz üzərinə götürən uydurma Apex komandasından bəhs edir. Gənc istedadın təcrübəli bir mentora ehtiyacı olduğunu anlayan komanda sahibi, 1990-cı illərdə Formula 1-də yarışmış yarış veteranı, köhnə dostu Sonni Heysi Pirin komanda yoldaşı kimi seçir.
Filmin premyerası 25 iyunda baş tutub və daha sonra rəqəmsal xidmətlərdə yayımlanıb və hazırda mövcuddur.