- Offside
- 22:37 20.12.2025
Üçqat Böyük Dəbilqə (Grand Slam) çempionu, 40 yaşlı tennisçi Stan Vavrinka 2026-cı ilin sonunda peşəkar karyerasını başa vuracaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə isveçrəli tennisçinin özü bildirib.
Vavrinka keçmişdə dünya üçüncü raketkası olub. O, Australian Open-2014, Roland Garros-2015 və US Open-2016 çempionudur. Tennisçi əvvəlcədən bildirib ki, 2026-cı ildə tam mövsüm keçirəcək və ümid edir ki, dünya reytinqində yenidən Top-100-lük siyahısına qayıdacaq.
Gələn mövsümdə Vavrinka 2007-ci ildən bəri ilk dəfə yanvarın 12–17-də keçiriləcək Auckland ATP-250 turnirində iştirak edəcək. Hazırda bu yarışın qalibi fransalı tennisçi Qael Monfisdir.