- Offside
- 17:18 23.11.2024
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycanın qadın güləşçisi Elis Manolova (65 kq) bürünc medal uğrunda görüşə çıxıb.
Corner.az xəbər verir ki, idmançımız Bolqarıstan təmsilçisi Yuliana Vasileva ilə qarşılaşıb. Rəqibinə 3:1 hesabı ilə qalib gələn Manolova bürünc medal qazanıb.
Qeyd edək ki, buna qədər Azərbaycan təmsilçilərindən Mariya Stadnik (50 kq) qızıl, Yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal qazanıb.