- Offside
- 16:18 21.12.2025
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və “Azercell Telecom” MMC-nin tərəfdaşlığı ilə Sumqayıt Paralimpiya İdman Kompleksində növbəti Uşaq Paralimpiya Oyunları təşkil olunub.
Bu barədə 90deqiqe.Az-a nazirlikdən məlumat verilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, Azərbaycan Deflimpiya Komitəsinin prezidenti Anar Bayramov, İdman Akademiyasının rektoru Fuad Hacıyev, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan paralimpiya hərəkatının ölkəmizdə uğurla inkişaf etdiyini vurğulayıb, Prezident İlham Əliyevin idmana, o cümlədən paralimpiya idmanına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində əldə olunan nailiyyətləri qeyd ediblər.
Bildirilib ki, Uşaq Paralimpiya Oyunları əlilliyi olan uşaqların idmana marağının artırılması və gələcək paralimpiyaçı nəslinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Oyunlarda 130 uşaq paralimpiyaçı 8 idman növü üzrə mübarizə aparıb. Sonda qaliblər mükafatlandırılıb, digər iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.