- Offside
- 16:18 21.12.2025
Yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə Azərbaycan birinciliyinə start verilib.
Azərbaycan Qılıncoynatma Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında keçirilən yarışın ilk günündə yeniyetmə qız və oğlanlar arasında qılıncoynatmanın sablya və şpaqa növləri üzrə qaliblər müəyyənləşib.
Sablya.
Oğlanlar:
1.Abbas Hüseynov
2.Nəcəf Şabanlı
3.İmran Qarayev, Səid Sultanlı.
Qızlar:
1.Ayan Ağasıyeva
2.İrina Lobas
3.Züleyxa Sultanlı, Cahan Sadıxova.
Şpaqa.
Oğlanlar:
1.Mirxətai Məmmədov
2.Oruc Misirzadə
3.Abbas Səmədli, Osman Məmmədov.
Qızlar:
1.Mirnuray Abasova
2.Jasmin Əliyeva
3.Esnad Mirzəyeva, Aydan Atakişiyeva.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın qalib və mükafatçıları diplom və medallarla təltif olunublar.