- Offside
- 23:34 21.12.2025
1997-ci il Formula-1 üzrə dünya çempionu Jak Vilnöv “Red Bull” komandasında Maks Verstappenin komanda yoldaşlarının yaşadığı çətinliklərin səbəbləri ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "GPBlog" pilotçunun dediklərini belə çatdırıb.
“Hamı daim deyir ki, “Red Bull” bolidləri Maks Ferstappenin istəklərinə uyğun hazırlanır, komanda yoldaşlarına isə sadəcə yazığı gəlmək qalır. Amma əslində vəziyyət belə deyil. Maks maşın üzərində çox çalışır və onun daha da yaxşılaşmasına kömək edir. Əgər sən bolidi idarə edə bilmirsənsə və ya mövsüm ərzində problemləri anlaya bilmirsənsə, hər yarışdan sonra daha da geridə qalacaqsan. Əslində isə yavaşlayan sən olmursan — Maks getdikcə daha da sürətlənir.
Bu da onunla bağlıdır ki, sən bolidin xüsusiyyətlərini düzgün analiz edib ona uyğunlaşa bilməmisən. Təbii ki, belə vəziyyətdə komanda Maksla daha çox işləyir və nəticədə onun maşını ikinci pilot üçün idarəolunmaz hala gəlir. Biz bunu hər mövsüm Serxio Pereslə gördük. Mövsümə demək olar ki, eyni səviyyədə başlayırdılar, amma bununla da hər şey bitirdi. Sürət itirən Çeko deyildi — Maks dəyişikliklərə uyğunlaşmağı bacardığı üçün daha da sürətlənirdi”