22 dekabr 2025. Bazar ertəsi

Azərbaycan Şahmat Federasiyası ilə yekun vurub


  • Offside
  • 11:30 22.12.2025
  • Oxunma sayı: 36
Azərbaycan Şahmat Federasiyası ilə yekun vurub

Azərbaycan Şahmat Federasiyası (AŞF) ilin yekunlarına həsr olunmuş tədbir keçirib.

90deqiqe.Az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycan şahmatının 2025-ci ildəki fəaliyyətini və əldə olunan uğurları əks etdirən videoçarx nümayiş etdirilib.

AŞF-nin prezidenti Mahir Məmmədov çıxışında 2025-ci ilin ölkə şahmatı üçün yaddaqalan olduğunu bildirib. O qeyd edib ki, il Azərbaycan çempionatı ilə start götürüb və bu yarış federasiyanın şahmat təqvimində əsas yer tutur:

“Şahmatçılarımızın əsas problemlərindən biri praktikalarının az olmasıdır. Bu məqsədlə “Chess Tour” layihəsini həyata keçirdik. “Baku Open”, “Çempionların savaşı” kimi turnirlər təşkil olundu. Kişilərdən ibarət milli komandamız Avropa çempionatında ikinci yeri tutdu. İspaniyada keçirilən dünya çempionatında isə qadın komandamız gümüş medal qazandı. Bu, həqiqətən də möhtəşəm nəticədir”.

Gənclər və idman naziri Fərid Qayıbov da AŞF-nin il ərzində böyük nailiyyətlər əldə etdiyini vurğulayıb:

“İdmanda formalaşmış ənənələri qoruyub saxlamaq asan deyil. Bu il həm kişi, həm də qadın milli komandalarımız beynəlxalq arenada uğurla çıxış etdilər. İnanıram ki, bu uğurlar gələcək illərdə də davam edəcək”.

Tədbirin sonunda ölkə şahmatının inkişafına töhfə vermiş bir sıra şəxslər Azərbaycan Şahmat Federasiyası tərəfindən mükafatlandırılıb.







Offside