14 may 2026. Cümə axşamı

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında təxirə salınmış iki oyun keçirilib


  • Offside
  • 19:45 22.12.2025
  • Oxunma sayı: 309
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında təxirə salınmış iki oyun keçirilib

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında III turdan təxirə salınmış iki oyun keçirilib.

90deqiqe.Az xəbər verir ki, kişilərin yarışında “Xilasedici” Fövqəladə Hallar Nazirliyinin idman zalında “Azərreyl”lə qarşılaşıb. Görüş “Xilasedici”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qadınların çempionatında isə “Milli Aviasiya Akademiyası” doğma meydanda “Abşeron”u qəbul edib və oyundan 3:0 hesablı qalib ayrılıb.







Offside