- Offside
- 22:53 22.12.2025
“Seul”dan ayrılan yarımmüdafiəçi Cessi Linqard gələcəyi barədə danışıb və Cənubi Koreya klubuna keçidi ilə bağlı xatirələrini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "The Guardian" təcrübəli futbolçunun dediklərini belə çatdırıb.
“Əvvəlcə şokda idim, çünki Seul haqqında heç bir məlumatım yox idi. Amma bu kluba keçid variantını düşündükdə, bu mənə özümü yeniləmək və Mançesterdəki səs-küydən uzaqlaşmaq üçün fürsət kimi göründü. Mançesterdə çox diqqəti yayındıran şeylər var. Səni mağazalara və digər işlərə cəlb edə bilərlər. Mən sadəcə getmək və futbola fokuslanmaq istəyirdim”.
Həmçinin Lingard əlavə edib ki, o, təkliflərə açıqdır və gələcəkdə Avropa, Səudiyyə Ərəbistanı və BƏƏ klublarında çıxış edə biləcəyini istisna etmir.