- Offside
- 22:53 22.12.2025
Braziliyanın “Santos” klubunun hücumçusu Neymar yaxın saatlarda sol dizinə cərrahi əməliyyat olunacaq.
90deqiqe.Az-ın "Globo Esporte"yə istinadən məlumatına görə, bu, 33 yaşlı futbolçu üçün kritik həftə sayılır, çünki əməliyyatdan sonra Neymar gələcək karyerası ilə bağlı qərar verəcək.
Klub rəhbərliyi futbolçunun müqaviləsinin uzadılmasına nikbin yanaşır. Hazırkı əmək müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir. Bundan əvvəl Neymar 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına optimal formada hazır olmaq arzusunda olduğunu açıqlamışdı.