23 dekabr 2025. Çərşənbə axşamı

Dani Alveş 42 yaşında futbola qayıdır


  • Offside
  • 13:21 23.12.2025
  • Oxunma sayı: 17
Dani Alveş 42 yaşında futbola qayıdır

Braziliyalı müdafiəçi Dani Alveş 42 yaşında yenidən meydanlara dönür.

90deqiqe.Az-ın "ESPN Brasil"a istinadən məlumatına görə, o, Portuqaliyanın üçüncü divizion klubunu, “San-Zoau de Ver”i satın alıb və komandada “oynayaraq rəhbər” kimi fəaliyyət göstərəcək.

Alveş  ölkəsində bir qrup investorun dəstəyini alaraq klubun alınması üçün maliyyə təmin edib.

Qeyd edək ki, Alveş son üç ildə meydanlara çıxmayıb. Bu illər onun üçün asan keçməyib – keçmiş ulduz futbolçu hüquqi mübahisələr yaşayıb və bir ildən çox həbsdə qalıb.

Futbola yeni statusda qayıdışı isə Alveşin karyerası üçün layiqli epilog olacaq. O, kataloniyalı “Barselona”nın keçmiş ulduzu kimi futbol tarixində öz izini qoyub.







Offside