24 dekabr 2025. Çərşənbə

Messinin bacısı avtomobil qəzasında xəsarət alıb


  • Offside
  • 22:09 23.12.2025
  • Oxunma sayı: 37
Messinin bacısı avtomobil qəzasında xəsarət alıb

“İnter Mayami”nin hücumçusu Lionel Messinin bacısı Maria Sol yol-nəqliyyat qəzası keçirib.

90deqiqe.Az-ın "The Sun"a istinadən məlumatına görə, Maria Solun həyatı təhlükədə deyil, lakin ona uzunmüddətli reabilitasiya lazım olacaq. Qəzada bacıya sümük sınıqları və yanıq xəsarətləri dəyib.

Xatırladaq ki, Maria Sol 3 yanvar tarixində evlənməli idi, lakin qəzadan sonra toy təxirə salınıb.

Hal-hazırda Lionel Messi “İnter Mayami” klubunda çıxış edir. Son olaraq o, karyerasında 48-ci titulunu – MLS Kubokunu – qazanaraq dünya rekordunu yeniləyib. Argentinli ulduz karyerası ərzində səkkiz dəfə “Qızıl Top” mükafatını qazanıb.







Offside