24 dekabr 2025. Çərşənbə

ATP və WTA-nın birləşməsi ilə bağlı qərar təxirə salındı


  • Offside
  • 12:09 24.12.2025
  • Oxunma sayı: 21
ATP və WTA-nın birləşməsi ilə bağlı qərar təxirə salındı

Peşəkar Tennisçilər Assosiasiyası (ATP) və Qadın Tennis Assosiasiyası (WTA) 2025-ci ildə təşkilatların birləşdirilməsi məsələsi ilə bağlı razılığa gələ bilməyiblər.

90deqiqe.Az xəbər verir ki, tərəflər bu mövzuda müzakirələri növbəti mövsümdə davam etdirməyi planlaşdırırlar.

ATP və WTA nümayəndələrinin sözlərinə görə, hazırda yalnız potensial birgə kommersiya fəaliyyəti ilə bağlı danışıqlar gündəmdədir:

“Gələn il mümkün birgə kommersiya əməkdaşlığı ilə bağlı müzakirələri davam etdirəcəyik. Hazırda əlavə hər hansı məlumat yoxdur”, – deyə "Front Office Sports" nəşri assosiasiyaların mövqeyini sitat gətirib.

Qeyd edək ki, mümkün birləşmə turların sponsorluq, media və məlumat bazalarının birləşdirilməsini nəzərdə tutur. Bu dəyişiklik yarışların mükafat fondunda, eləcə də oyunçularla turnirlər arasındakı münasibətlərdə hər hansı yeniliyə səbəb olmayacaq. Birgə kommersiya fəaliyyətinin əsas məqsədi kişi və qadın turları arasında mövcud olan gəlir fərqinin azaldılmasıdır.







Offside