24 dekabr 2025. Çərşənbə

“Alkarasın ailəsi Ferrero ilə yollarını ayırmasına təsir edə bilərdi”


  • Offside
  • 15:23 24.12.2025
  • Oxunma sayı: 18
“Alkarasın ailəsi Ferrero ilə yollarını ayırmasına təsir edə bilərdi”

Məşhur ispan məşqçi Toni Nadal, əfsanəvi Rafael Nadalın dayısı, dünya birincisi ispan tennisçisi Karlosa Alkarasın məşqçi Xuan-Karlos Ferrero ilə yollarını ayırmasında ailəsinin təsir göstərə biləcəyini bildirib.

90deqiqe.Az xəbər verir ki, "Clay Tenis" Nadalın dediklərini belə çatdırıb.

“Xuan-Karlos və Alkaras işləməyə başlayanda biri 15 yaşında idi, digəri isə keçmiş dünya birincisi. Alkaras ona minnətdar olmalıdır.

İllər keçdikcə, Karlos dünya ulduzu olduqca, məncə, onun ailəsi baş verənlər üzərində nəzarət etmək istədi. Əvvəl Xuan-Karlos həm kortda, həm də kortdan kənarda qərarlar qəbul edə bilirdi, amma sonradan valideynlər, ailə üzvləri və özü Alkaras müdaxilə etmək istədilər, çünki çox şey risk altında idi.

Mən düşünmürəm ki, bu qərar yalnız Alkaras tərəfindən qəbul olunub. Onun fikrini bildirməsi normaldır, çünki o, oyunçudur”







Offside