24 dekabr 2025. Çərşənbə

“Şumaxerin ən güclü cəhəti təzyiq altında çıxış etmək bacarığı idi”


  • Offside
  • 16:21 24.12.2025
  • Oxunma sayı: 16
“Şumaxerin ən güclü cəhəti təzyiq altında çıxış etmək bacarığı idi”

Formula-1 üzrə sabiq pilot, hazırda isə ekspert kimi fəaliyyət göstərən Ralf Şumaxer qardaşı, “Kral yarışları”nın yeddiqat dünya çempionu Mixael Şumaxer barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, o, Mixaelin komanda ilə işləmək bacarığını və hər zaman soyuqqanlı qalmasını xüsusi vurğulayıb.

“Onun ən güclü cəhəti nə idi? Mən həmişə hesab etmişəm ki, Mixaelin əsas üstünlüyü təzyiq altında çıxış edə bilməsi və komanda yoldaşlarından daha sürətli olması idi. O, həm avtomobildən, həm də komandadan maksimum nəticə çıxarmağı bacarırdı. Ümumi məqsəd naminə birlikdə işləmək – bizim tez-tez danışdığımız məhz bu keyfiyyətlərdir”, – deyə Ralf Şumaxer "Backstage Boxengasse" podkastında bildirib.

Qeyd edək ki, bu yaxınlarda “Mercedes” komandası Mixael Şumaxerin Formula-1-ə qayıdışının ildönümünü xatırladıb.







Offside