- Offside
- 20:25 25.12.2025
Azərbaycan idmançıları Hindistanın Yeni Dehli şəhərində keçirilən zorxana və pəhləvan güləşi üzrə Dünya Kubokunda uğurla çıxış edib.
Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a bildirilib ki, millimiz zorxana üzrə komanda yarışlarında 3-cü yerə layiq görülüb.
Fərdi çıxışlarda Xəyyam Orucov 1 gümüş və 2 bürünc, Rəsul Səfərov və Nihat Qasımov hərəyə 3 bürünc, Tural Allahverdiyev isə 1 bürünc medal qazanıblar. Pəhləvan güləşi üzrə yarışlarda İbrahim Yusubov qızıl, Fərid Qazıyev isə gümüş mükafat əldə ediblər.
Bununla da Azərbaycan komandası Dünya Kubokunu ümumi medal sıralamasında 3-cü pillədə başa vurub.