5 dekabr 2025. Cümə

Dünya çempionatı: Hacı Əliyev qalib gəlib - YENİLƏNİR


  • Offside
  • 09:40 20.09.2019
  • Oxunma sayı: 598
Dünya çempionatı: Hacı Əliyev qalib gəlib - YENİLƏNİR

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk təsəlliverici görüşünə çıxıb.

Corner.az-ın yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 65 kq çəki dərəcəsində yer alan Əliyevin rəqibi misirli Amr Reda Ramadan Husseni olub. Görüşə fəal başlayan titullu pəhləvan işlətdiyi fəndlərlə 4:0 hesabı ilə önə çıxıb. Bu vaxt Hussen qolundan zədələnib. Lakin o, həkim müdaxiləsindən sonra görüşü davam etdirib. İlk hissənin sonlarında yenə zədələnən misirli pəhləvan yerə sərilərək ağrıdan qışqırmağa başlayıb.

Həkimlər Hussenin görüşü davam etdirə bilməyəcəyini deyiblər. Nəticədə Əliyev qalib elan olunub. (report)








Offside