- Offside
- 10:18 26.12.2025
“Araz-Naxçıvan”la yollarını ayıran Azərbaycan millisinin keçmiş üzvü Qara Qarayev klub rəhbərliyinə minnətdarlığını ifadə edib.
90deqiqe.Az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bununla bağlı fikirlərini sosial şəbəkə hesabındakı paylaşımında bölüşüb.
Təcrübəli futbolçu Naxçıvan təmsilçisi ilə vidalaşaraq, ona göstərilən münasibətə görə minnətdarlığını ifadə edib:
“Bütün rəhbərliyə, məşqçilər və həkim heyətinə, komanda yoldaşlarımın hamısına bu müddətdə mənə göstərdikləri hörmət və diqqətə görə təşəkkür edirəm. Komandaya növbəti ildə uğurlar arzulayıram. Hər şey üçün çox sağ olun”.
Qeyd edək ki, “Araz-Naxçıvan” ötən gün Qara Qarayevlə yolların ayrıldığını açıqlayıb. Futbolçu klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib.