26 dekabr 2025. Cümə

"Tenisə qayıtmağın qapısı hələ tam bağlanmayıb"


  • Offside
  • 10:18 26.12.2025
  • Oxunma sayı: 13
"Tenisə qayıtmağın qapısı hələ tam bağlanmayıb"

22 dəfə Böyük Dəbilqə turnirlərinin qalibi, keçmiş dünya birincisi Rafael Nadal, gələcəkdə Rodqer Federer ilə yoldaşlıq matçı keçirmək barədə fikirlərini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı tennisçi, belə bir matçın mümkünlüyü ilə bağlı suala belə cavab verib:

“Düşünürəm ki, hər şey artıq əvvəlki kimi olmayacaq və mən bu cür matçda iştirak etməyi düşünmürəm. Lakin gələcəkdə nə olacağını heç kim bilmir. Əgər bu, əyləncəli olacaqsa, bizim üçün mənalı bir şeyə çevriləcəksə, niyə də olmasın? Geri dönüş üçün qapı bağlanmayıb, amma hazır deyiləm. Kortda oynamaq üçün düzgün şəkildə hazır olmalısan, buna isə xeyli vaxt lazımdır.”

Xatırladaq ki, Rafael Nadal 2024-cü ilin oktyabr ayında karyerasını sona çatdıracağını açıqlamışdı. O, 92 fərdi titul qazanıb, bunlardan 22-si Böyük Dəbiqlə turnirlərində, 36-sı isə “Masters” seriyasındadır.







Offside