- Offside
- 12:31 26.12.2025
"Milan" və "Çelsi"nin sabiq hücumçusu, hazırda Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko, Rusiya ilə birgə olan ölkələrin Olimpiya oyunlarından kənarlaşdırılmasını təklif edib.
90deqiqe.Az xəbər verir ki, "Dagens Nyheter" onun dediklərini belə çatdırıb.
"Rusiya tərəfini dəstəkləyən bütün ölkələr, bu münaqişə davam etdiyi müddətcə, Olimpiya oyunlarından xaric edilməlidir. Biz eyni vaxtda hər tərəfdən təzyiq göstərməliyik"
Xatırladaq ki, 2026-cı ilin yayında İtaliyada Olimpiya Oyunları keçiriləcək.