26 dekabr 2025. Cümə

NBA-da MVP namizədlərinin yenilənmiş reytinqi açıqlanıb


  • Offside
  • 21:49 26.12.2025
  • Oxunma sayı: 18
NBA-da MVP namizədlərinin yenilənmiş reytinqi açıqlanıb

Milli Basketbol Assosiasiyasında (NBA) 2025/2026 mövsümünün müntəzəm çempionatı üzrə ən dəyərli oyunçu (MVP) mükafatına namizədlərin yenilənmiş siyahısı dərc olunub.

90deqiqe.Az-ın məlumatına görə, siyahıya “Denver Naggets”in ulduzu Nikola Yokiç liderlik edir.

  1. Nikola Yokiç (“Denver Naggets”)

  2. Şey Gildjes-Aleksander (“Oklahoma-Siti Tander”)

  3. Luka Donçiç (“Los-Anceles Leykers”)

  4. Ceylen Branson (“Nyu-York Niks”)

  5. Keyd Kanninqem (“Detroyt Pistons”)

  6. Viktor Vembanyama (“San-Antonio Spurs”)

  7. Ceylen Braun (“Boston Seltiks”)

  8. Entoni Edvards (“Minnesota Timbervulvz”)

  9. Tayriz Maksi (“Filadelfiya Siksers”)

  10. Alperen Şengün (“Hyuston Rokets”)

Qeyd edək ki, “Denver Naggets”in və Serbiya millisinin lideri Nikola Yokiç üçqat MVP mükafatı laureatıdır. Lakin o, 2024/2025 mövsümündə bu ada görə mübarizədə Şey Gildjes-Aleksanderə uduzub.







Offside