26 dekabr 2025. Cümə

Paulo Kosta – Brunno Ferreyra döyüşü ləğv edildi


  • Offside
  • 22:09 26.12.2025
  • Oxunma sayı: 15
Paulo Kosta – Brunno Ferreyra döyüşü ləğv edildi

UFC-nin orta çəki dərəcəsində sabiq titul iddiaçısı Paulo Kosta ilə braziliyalı döyüşçü Brunno Ferreyra arasında keçiriləcək döyüş ləğv olunub.

90deqiqe.Az-ın məlumatına görə, döyüşün ləğv edilməsinə səbəb Kostanın qarşılaşmadan çəkilməsi olub. Paulo bu qərarın səbəblərini açıqlamayıb.

Brunno Ferreyra isə müsahibəsində bu xəbərin onu təəccübləndirmədiyini bildirib:
“Paulo Paulodur”, – deyə braziliyalı döyüşçü vurğulayıb.

Qeyd edək ki, qarşılaşma martın 8-də ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək UFC 326 turniri çərçivəsində baş tutmalı idi.

Paulo Kosta son döyüşünü ötən ilin iyulunda UFC 318 turnirində keçirib və rusiyalı Roman Kopılovu hakimlərin yekdil qərarı ilə məğlub edib.







Offside