27 dekabr 2025. Şənbə

“Artıq özümü tennisçi kimi hiss etmirəm”


  • Offside
  • 22:28 26.12.2025
  • Oxunma sayı: 22
“Artıq özümü tennisçi kimi hiss etmirəm”

“Böyük dəbilqə” turnirlərinin 22 qat qalibi Rafael Nadal karyerasını başa vurduqdan sonra artıq özünü fəal tennisçi kimi hiss etmədiyini etiraf edib.

90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, ispaniyalı sabiq tennisçi bildirib ki, həyatında bu mərhələ artıq geridə qalıb:

“Artıq nə özümü tennisçi hesab edirəm, nə də keçmiş tennisçi kimi yaşayıram. Bu səhifə bağlanıb. Aydındır ki, biz bu mövzuya görə buradayıq, yoxsa başqa nəsə etdiyim üçün yox. Bu həmişə yaddaşımda qalacaq. Amma mən tennis barədə düşünərək yaşamıram. Yalnız bəzən nəsə izləmək istəyəndə və ya akademiyada – gündəlik olaraq tennislə üz-üzə gəldiyim, lakin tamamilə fərqli tərəfdən baxdığım zamanlar istisnadır”

Qeyd edək ki, Rafael Nadal 2024-cü ilin oktyabrında peşəkar idman karyerasını başa vurduğunu açıqlamışdı.







Offside