27 dekabr 2025. Şənbə

Nadal Federerlə mümkün nümayiş matçı barədə danışdı


  • Offside
  • 22:48 26.12.2025
  • Oxunma sayı: 35
Nadal Federerlə mümkün nümayiş matçı barədə danışdı

“Böyük dəbilqə” turnirlərinin 22 qat çempionu, dünyanın keçmiş bir nömrəsi Rafael Nadal Rocer Federerlə mümkün nümayiş matçının keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "AS" nəşri Nadalındediklərini belə çatdırıb.

"Düşünürəm ki, artıq heç nə əvvəlki kimi olmayacaq və bunu planlaşdırmıram. Amma gələcəkdə nə baş verəcəyini kim bilir? Əgər bu, əyləncəli olarsa, mənalı bir şey edə bilsək və hər ikimiz bunu istəsək, niyə də olmasın? Tennise qayıdış qapısı tam bağlanmayıb, lakin bunun üçün ciddi hazırlıq lazımdır. Korta çıxanda hazır olmaq istəyirsən, hazırda isə mən buna hazır deyiləm. Mənə kifayət qədər vaxt lazımdır"

Qeyd edək ki, Rafael Nadal 2024-cü ilin oktyabrında peşəkar idman karyerasını başa vurduğunu açıqlayıb. İspan tennisçi karyerası ərzində təkbətək oyunlarda 92 titul, o cümlədən 22 “Böyük dəbilqə” və 36 “Masters” seriyası turnirinin qalibi olub.







Offside