- Offside
- 23:45 26.12.2025
Britaniya tennisçisi və dünya reytinqində 10-cu sırada olan Cek Dreyper əl yaralanması səbəbindən 2026 mövsümünün əvvəlində "Australian Open"ə qatılmayacaq.
90deqiqe.Az xəbər verir ki, tennisçi bu barədə şəxsi sosial şəbəkə hesabında yazıb.
“Təəssüf ki, bu il Avstraliyaya getməmək qərarına gəldik. Bu çox çətin qərardır. "Australian Open" "Böyük dəbilqə" turnirlərindən biridir, amma yaralanmam artıq uzun müddətdir. Hazırda bərpanın son mərhələsindəyəm və beş setlik matç formatına bu qədər tez qayıtmaq düzgün olmaz”
O, sözlərinə belə davam edib:
“Əvvəlki uğursuzluqlar məni gücləndirib, məqsədimə daha çox yönəldib və oyunçuluq səviyyəmi artırmaq arzumu gücləndirib. 2026-cı ildə korta qayıdıb yarışlarda iştirak etməyi səbirsizliklə gözləyirəm. 2025-ci ildə göstərilən dəstəyə görə təşəkkür edirəm, bu mənim üçün çox vacibdir.”
Qeyd edək ki, Dreyper mövsüm-2025-i US Open-dan sonra yaralanması səbəbindən erkən başa vurmuşdu. Australian Open-2026 turniri 12 yanvar – 1 fevral tarixlərində Melburnda keçiriləcəkdi.