27 dekabr 2025. Şənbə

“Alpin”in pilotu Avroliqa komandalarından birinin səhmdarı olub


  • Offside
  • 14:24 27.12.2025
  • Oxunma sayı: 16
“Alpin”in pilotu Avroliqa komandalarından birinin səhmdarı olub

“Alpin” Formula-1 komandasının pilotu Pyer Qasli Fransanın ASVEL basketbol klubunun səhmdarları sırasına daxil olub.

90deqiqe.Az xəbər verir ki, sövdələşmə Vilörbann təmsilçisinin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyıb.

ASVEL daha əvvəl minimum xərcləmə tələblərinə əməl etmədiyi üçün Avroliqanın sanksiyaları ilə üzləşmişdi.

“ASVEL klub üçün zəruri olan (operativ likvidlik ehtiyacı) yeni minoritar səhmdarın kapitala daxil olması prosesini başa çatdırıb. Yeni investorlar kiçik bir qrupdan ibarətdir və onların arasında xüsusilə Pyer Qasli seçilir”, – deyə jurnalist Romen Molina sosial şəbəkədə yazıb.







Offside