- Offside
- 20:59 27.12.2025
Səudiyyə Ərəbistanı çempionatının 11-ci turu çərçivəsində “Əl-Nəsr” və “Əl-Oxdud” komandaları arasında keçirilən oyun başa çatıb.
90deqiqe.Az xəbər verir ki, qarşılaşma Ər-Riyadda yerləşən “Əl-Əvvəl Park” stadionunda oynanılıb və meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 32-ci dəqiqədə hücumçu Kriştiano Ronaldo açıb. Birinci hissənin sonlarında, 45+3-cü dəqiqədə portuqaliyalı futbolçu yenidən fərqlənərək dublunu rəsmiləşdirib. Qeyd edək ki, bu qollar Ronaldonun karyerasında 955-ci və 956-cı qolları olub. Qarşılaşmada son nöqtəni isə 90+4-cü dəqiqədə hücumçu Joaun Feliks qoyaraq hesabı böyük fərqə çatdırıb.
Bu nəticədən sonra “Əl-Oxdud” turnir cədvəlində 9 xalla 17-ci pillədə qərarlaşıb. “Əl-Nəsr” isə 30 xalla Səudiyyə Ərəbistanı çempionatının lideridir.