28 dekabr 2025. Bazar günü

Kriştiano Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu seçildi


  • Offside
  • 21:49 28.12.2025
  • Oxunma sayı: 41
Kriştiano Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu seçildi

“Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo "Globe Soccer Awards" versiyasına əsasən 2025-ci ilin Yaxın Şərqdə ən yaxşı futbolçusu seçilib.

90deqiqe.Az-ın məlumatına görə, mükafat uğrunda mübarizədə finalçılar sırasında Kərim Benzema (“Əl-İttihad”), Salem Əl-Dosari (“Əl-Hilal”) və Riyad Mahrez (“Əl-Əhli”) də yer alıb.

Qeyd edək ki,  "Globe Soccer Awards" futbol dünyasında ən böyük nailiyyətlərə imza atan şəxsləri müəyyənləşdirən illik mükafatlandırma mərasimidir. Qaliblər müxtəlif nominasiyalar üzrə səsvermə yolu ilə seçilir.

2025-ci ildə Kriştiano Ronaldo peşəkar karyerasında 14-cü dəfə bir təqvim ili ərzində 40 qol həddini keçib. Cari mövsümdə “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının ilk 10 turunda 30 xaldan 30-nu toplayaraq turnir cədvəlinin lideridir.







Offside