- Offside
- 23:43 29.12.2025
Rusiyalı tennisçisi Anastasiya Qasanova azərbaycanlı kökləri və vətəndaşlıq məsələləri barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, “Çempionat” nəşri təcrübəli tennisçinin dediklərini belə çatdırıb.
“Xeyr, Azərbaycanla bağlı əlaqəm yalnız köklərimlə bağlıdır (Atam və nənəm azərbaycanlıdır). Azərbaycan diasporu mənimlə əlaqə saxlayıb, amma bu vətəndaşlığı dəyişmək məsələsi deyildi – sadəcə, mənə hər hansı bir kömək lazım olarsa, yardım etməyə hazır olduqlarını söylədilər. Onların federasiyası da müəyyən vaxt mənimlə əlaqə saxladı, amma ümumi razılığa gəlmədik, buna görə əməkdaşlıq alınmadı. Hazırda mən vətəndaşlığı dəyişmək üçün heç bir variant görmürəm”