- Offside
- 13:55 30.12.2025
“Milan”ın hücumçusu Kristian Pulişiç amerikalı aktrisa Sidney Suinilə əlaqəsi barədə yayılan şayiələrə münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında yazıb.
“Sidni Suinilə münasibətimlə bağlı yayılan xəbərlər tamamilə yalandır. Gəlin bu boş şayiələrə son qoyaq. Mənbələr yalan məlumatlar üçün məsuliyyət daşımalıdır, çünki bu, insanların həyatına təsir göstərə bilər. Xahiş edirəm şəxsi həyatıma dair saxta hekayələr yaratmayın”
Qeyd edək ki, əvvəlcə mətbuatda Pulişiçin aktrisa ilə münasibətdə olduğu iddia olunmuşdu. Suini isə bundan əvvəl məşhur prodüser Skuter Braunla görüşdə müşahidə edilmişdi.
Cari mövsümdə Pulişiç bütün turnirlərdə 14 oyuna çıxaraq 9 qol vurub və 2 məhsuldar ötürmə edib.