- Offside
- 22:01 30.12.2025
Norveçli qrossmeyster, şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen Qətərin paytaxtı Dohada keçirilən 2025-ci il blits üzrə dünya çempionatının qalibi olub.
90deqiqe.Az-ın məlumatına görə, həlledici görüşdə Karlsen Özbəkistan təmsilçisi Nodirbek Abdusattorovu məğlub edib. Final qarşılaşması norveçli şahmatçının 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb.
Qadınlar arasında keçirilən turnirin qalibi isə Qazaxıstan şahmatçısı Bibisara Asaubaeva olub. O, finalda Ukrayna təmsilçisi Anna Muziçuku 2,5:1,5 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Maqnus Karlsen daha əvvəl 2009, 2014, 2017, 2018, 2019, 2022, 2023 və 2024-cü illərdə blits üzrə dünya çempionu tituluna yiyələnmişdi. Norveçli qrossmeyster Dohada eyni zamanda rapid üzrə dünya çempionatının da qalibi olub. Karlsen rapid üzrə dünya çempionatında daha əvvəl 2014, 2015, 2019, 2022 və 2023-cü illərdə qələbə qazanmışdı.