31 dekabr 2025. Çərşənbə

“Əl-Nəsr” mövsümdə ilk dəfə xal itirdi


  • Offside
  • 13:14 31.12.2025
  • Oxunma sayı: 49
“Əl-Nəsr” mövsümdə ilk dəfə xal itirdi

Səudiyyə Ərəbistanı Pro Liqasının 2025/2026 mövsümünün 13-cü turu çərçivəsində “Əl-İttifaq” və “Əl-Nəsr” komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə,  Dammam şəhərində yerləşən “Əl-İttifaq – Abdullah Əl-Dabil” stadionunda baş tutan qarşılaşma məhsuldar heç-heçə ilə yekunlaşıb.

Görüşün 16-cı dəqiqəsində “Liverpul”un sabiq yarımmüdafiəçisi Corcinyo Veynaldum “Əl-İttifaq”ı hesabda önə çıxarıb. 47-ci dəqiqədə portuqaliyalı hücumçu Joao Feliks “Əl-Nəsr”in bərabərlik qolunu vurub. 67-ci dəqiqədə isə Kriştianu Ronaldo qonaqları hesabda irəli çıxarıb. Matçın 80-ci dəqiqəsində Veynaldum dubla imza ataraq oyunda yekun hesabı müəyyənləşdirib.

Beləliklə, “Əl-Nəsr” cari mövsümdə ilk dəfə xal itkisi ilə üzləşib. Komanda 11 oyundan sonra 31 xalla turnir cədvəlinin lideridir. “Əl-İttifaq” isə 16 xalla səkkizinci pillədə qərarlaşıb.







Offside