- Offside
- 22:42 25.11.2024
Mütləq döyüş çempionatının (UFC) prezidenti Deyna Uayt Rusiya döyüşçüsü Həbib Nurməhəmmədovun üç potensial rəqibinin adını açıqlayıb.
Corner.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda ESPN telekanalı bildirib.
“Konor Makqreqor və Həbib Nurmaqomedov arasında döyüşdə bütün mümkün rekordlar qeydə alındı. O, inanılmaz idi! Həbib qalib gəldi və onun Toni Ferqyuson və Dastin Pörye ilə döyüşünü, yaxud da Konorla revanş döyüşünü təşkil etmək imkanımız var”, - UFC-nin başçısı bildirib.
Uaytın sözlərinə görə, o, Nurməhəmmədov və Makqreqor arasında revanş görüşünün nə vaxt olacağını bilmir. O qeyd edib ki, bunun üçün Nevada Atletik Komissiyasının qərarını gözləmək lazımdır, çünki daha əvvəl nəsə planlaşdırmaq mənasızdır. Komissiyanın iclasının dekabrın 10-da keçirilməsi planlaşdırılib.
Qeyd edək ki, dağıstanlı idmançının son təkbətək döyüşü oktyabrın 7-də baş tutub və o, Makqreqora qalib gələrək yüngül çəkidə UFC çempionu titulunu qoruyub.