- Offside
- 19:07 31.12.2025
“Real”ın sabiq futbolçusu Roberto Karlos ürək əməliyyatı olunub.
90deqiqe.Az-ın məlumatına görə, keçmiş futbol əfsanəsinin ürək problemləri ayağında aşkarlanan tromb səbəbilə aparılan müayinələrdən sonra müəyyən edilib.
Əməliyyat Braziliyada baş tutub. Braziliya millisinin sabiq futbolçunun vəziyyətinin stabil olduğu, həyatına təhlükə olmadığı bildirilir.
Buna baxmayaraq, Roberto Karlos hazırda xəstəxanada həkim nəzarətində saxlanılır.
Xatırladaq ki, Roberto Karlos "İnter", "Real Madrid", "Fənərbağça" və "Anji" ilə yanaşı başqa klublarda çıxış edib.