- Offside
- 23:11 31.12.2025
“Los-Anceles Leykers”in ulduz hücumçusu Lebron Ceyms karyerası ərzində NBA-da çıxış etmiş oyunçuların 35,5%-i ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, bu fakt "Leykers" – "Detroit Piston" (106:128) matçının yayımında diqqətə çatdırılıb.
Bundan əlavə, liqanın hazırkı heyətində 82 aktiv oyunçu var ki, onlar Lebronun NBA-da debüt etdiyi dövrdən sonra dünyaya gəliblər.
Ceyms 29 oktyabr 2003-cü ildə “Cleveland Cavaliers” formasında “Sacramento Kings”ə qarşı debüt edib. Bu mövsüm onun NBA-dakı 23-cü mövsümüdür. Qeyd edək ki, 30 dekabr 2025-ci tarixində Lebron 41 yaşını tamamlayıb.