1 yanvar 2026. Cümə axşamı

FIDE 2026-cı ilin ilk reytinq siyahısını açıqladı - Azərbaycan şahmatçılarının mövqeyi bəlli oldu


  • Offside
  • 11:55 01.01.2026
  • Oxunma sayı: 31
FIDE 2026-cı ilin ilk reytinq siyahısını açıqladı  - Azərbaycan şahmatçılarının mövqeyi bəlli oldu

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-cı ilin ilk reytinq siyahısını dərc edib.

90deqiqe.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, açıqlanan siyahıda Azərbaycan şahmatçılarının mövqeləri də bəlli olub. Kişilər arasında ölkəmizi ən yüksək pillədə Şəhriyar Məmmədyarov təmsil edir. 2730 reytinq xalı olan təcrübəli qrossmeyster 19-cu yerdə qərarlaşıb.

Teymur Rəcəbov 2692 xalla 35-ci, Rauf Məmmədov 2645 xalla 76-cı, Eltac Səfərli isə 2644 xalla 78-ci pillədə yer alıb. Gənc qrossmeyster Aydın Süleymanlı 2628 xalla ilk “100-lük”dən kənarda qalıb və 101-ci sırada mövqe tutub.

Kişilər arasında FIDE reytinqinə 2840 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

Qadın şahmatçılar arasında da Azərbaycan təmsilçiləri siyahıda yer alıblar. Ülviyyə Fətəliyeva 2434 xalla 27-ci, Günay Məmmədzadə 2390 xalla 53-cü, Gövhər Beydullayeva 2364 xalla 77-ci, Xanım Balacayeva isə 2351 xalla 90-cı pillədə qərarlaşıb.

Qadınların reytinq siyahısına isə 2613 xalla çinli Hou İfan liderlik edir.







Offside