- Offside
- 20:48 01.01.2026
Braziliya millisinin heyətində dünya çempionu olmuş Roberto Karlos səhhəti ilə bağlı mətbuatda yayılan xəbərlərdən sonra açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, sabiq futbolçu bu barədə şəxsi sosial şəbəkə hesabında yazıb.
“Bu yaxınlarda tibbi komandamla əvvəlcədən planlaşdırılmış profilaktik tibbi prosedurdan keçmişəm. Məndə infarkt olmayıb”
O, hazırda özünü yaxşı hiss etdiyini bildirib və göstərilən dəstəyə görə hər kəsə təşəkkür edib.
Xatırladaq ki, Roberto Karlos "İnter", "Real Madrid", "Fənərbağça" və "Anji" ilə yanaşı başqa klublarda çıxış edib.
Əlavə edək ki, daha əvvəl sabiq müdafiəçinin əməliyyat olunduğu, bəzi KİV-lərdə isə onun infarkt keçirdiyi barədə məlumatlar yayılmışdı.