- Offside
- 20:48 01.01.2026
24 qat “Böyük dəbilqə” çempionu, serbiyalı tennisçi Novak Cokoviç Rodjer Federer və Rafael Nadaldan sonra karyerasında baş verən dəyişikliklərlə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, Cokoviç bu barədə Dubayda keçirilən "World Sports Summit"ində danışıb.
“Federer və Nadalın dövrü o qədər güclü idi ki, onların mübarizəsində üçüncü şəxs üçün yer yox idi. Amma mən onu yaratdım. Bu inanılmaz idi. Biz ‘Böyük Üçlük’ erası yaratdıq. Federer və Nadal karyeralarını başa vuranda, mənim də bir hissəm getdi. Ona görə özümü yenidən yaratmalı və yeni ilham mənbələri tapmalı oldum. Mənim hələ də tennis oynamağımın səbəblərindən biri də bu istəkdir – görmək istəyirəm ki, səviyyəmi nə qədər yüksək qaldıra bilərəm”
38 yaşlı tennisçi 2025-ci mövsümdə iki titul qazanıb — Afinada (Yunanıstan) və Cenevrədə (İsveçrə) keçirilən turnirlərdə qalib gəlib. Həmçinin serbiyalı idmançı həmin mövsümdə bütün “Böyük dəbilqə” turnirlərində yarımfinal mərhələsinə yüksəlib.