3 yanvar 2026. Şənbə

Roberto Karlos ürək əməliyyatından sonra xəstəxanadan evə buraxılıb. - FOTO


  • Offside
  • 23:03 02.01.2026
  • Oxunma sayı: 8
Roberto Karlos ürək əməliyyatından sonra xəstəxanadan evə buraxılıb.  - FOTO

“Real Madrid” və “İnter” klublarının sabiq müdafiəçisi olan 52 yaşlı Roberto Karlos, ürəyindən əməliyyat keçirib.

90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, braziliyalı futbolçunun əməliyyatından sonra xəstəxanadan buraxıldığını və hazırda sağalma prosesində olduğunu bildirir.

Karlos sosial şəbəkələrdə əməliyyatı həyata keçirən həkimlərlə fotoşəkil paylaşaraq, onlara göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirib: “Bütün tibbi heyətə diqqət və qayğıları üçün təşəkkür edirəm.”

31 dekabrda aparılan müayinələr zamanı Karlosun ayağında tromb aşkarlanıb və bədəninin tam MRİ müayinəsi onun ürəyinin düzgün işləmədiyini göstərib. Həkimlər futbolçunu təcili əməliyyata alıblar, lakin əməliyyat gözlənilən 40 dəqiqə əvəzinə 3 saat davam edib.

Roberto Karlos “Real Madrid”də 1996–2007-ci illər arasında çıxış edib. Madrid klubunda dörd dəfə İspaniya çempionu olub və üç dəfə Çempionlar Liqasını qazanan futbolçu, həmçinin Braziliya milli komandası ilə 2002-ci ildə dünya çempionu olub.







Offside

"Əl-Nəsr" "Əl-Əlhi"yə uduzdu
  • Offside
  • 23:56 02.01.2026
"Əl-Nəsr" "Əl-Əlhi"yə uduzdu