- Offside
- 23:56 02.01.2026
“Barselona” və Braziliya millisi sabiq futbolçusu Dani Alveş, Portuqaliyanın 3-cü divizionunda mübarizə aparan “San-Juan-de-Ver” futbol klubuna investisiya edib.
90deqiqe.Az-ın məlumatına görə, 42 yaşlı sabiq futbolçu klubun 50% səhmini alıb və 2025/2026 mövsümünün sonunda klubun tam sahiblik hüququnu əldə etmək üçün razılığa gəlib.
Dani Alveş yalnız investisiya etməklə kifayətlənməyib, həmçinin administrativ işlərə də cəlb olunacaq. Bundan başqa, futbolçu özünün peşəkar futbola qısa müddətlik qayıdışını da nəzərdən keçirir.
Futbolçu 2023-cü ildən bəri meydana çıxmayıb, çünki İspaniyada cinsi zorakılıqda ittiham olunub və saxlanılıb. Dava bir ildən çox davam edib, 2024-cü ildə Alveş cinsi zorakılıqla bağlı 4,5 il həbs cəzasına məhkum edilib. Lakin 2025-ci ildə məhkəmə kifayət qədər sübutların olmaması səbəbindən ittihamı ləğv edib.
Dani Alveş, “Barselona”da 6 dəfə İspaniya çempionu olub və 3 dəfə Çempionlar Liqasının qalibi olub. Həmçinin “Sevilya”da iki dəfə UEFA Kubokunu, “PSJ”də isə iki dəfə Fransa çempionluğunu qazanıb.
