3 yanvar 2026. Şənbə

"Əl-Nəsr" "Əl-Əlhi"yə uduzdu


  • Offside
  • 23:56 02.01.2026
  • Oxunma sayı: 8
"Əl-Nəsr" "Əl-Əlhi"yə uduzdu

Səudiyyə Ərəbistanı Pro Liqasının 2025/2026 mövsümünün 13-cü turunun görüşü başa çatıb.

90deqiqe.Az xəbər verir ki, "Əl-Əlhi" və "Əl-Nəsr" komandaları "Prins Abdullah əl-Faysal" stadionunda (Ciddə, Səudiyyə Ərəbistanı) qarşılaşıb.

Görüşün nəticəsi ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə tamamlanıb.

Matçın ilk qolu "Əl-Əlhi"nin hücumçusu İvan Toni tərəfindən 7-ci dəqiqədə vurulub. 20-ci dəqiqədə Toni öz hesabına ikinci topu əlavə edərək komandasının üstünlüyünü iki topa çatdırıb. 31-ci dəqiqədə "Əl-Nəsr"in müdafiəçisi Əbdülələ əl-Əmri fərqi bir topa endirib, 44-cü dəqiqədə isə o, hesabı bərabərləşdirib. İkinci yarının başlanğıcında ev sahiblərinin müdafiəçisi Mərik Demiral, "Əl-Nəsr"in qapısına sonuncu, qələbə gətirən topu vuraraq matçın son nəticəsini müəyyənləşdirib.

12 oyun sonrası "Əl-Nəsr" 31 xalla turnir cədvəlinə başçılıq edir, "Əl-Əlhi" isə 25 xalla 4-cü sırada yer alır.

Növbəti turda "Əl-Nəsr" 8 yanvarda öz meydanında "Aль-Кədisiya" ilə üzləşəcək,"Əl-Əlhi" isə 10 yanvarda səfərdə "Əl-Оһdud"la qarşılaşacaq.







Offside

"Əl-Nəsr" "Əl-Əlhi"yə uduzdu
  • Offside
  • 23:56 02.01.2026
"Əl-Nəsr" "Əl-Əlhi"yə uduzdu