- Offside
- 00:55 08.01.2026
Bu gün Avstraliyanın Brisben şəhərində keçirilən WTA-500 kateqoriyalı tennis turnirində üçüncü oyun günü baş tutub.
90deqiqe.Az turnirin üçüncü gününün nəticələrini təqdim edir.
WTA-500, Brisben – 6 yanvarın nəticələri
Makkartni Kessler (ABŞ) – Medison Kiz (ABŞ, 5) — 4:6, 3:6
Diana Şnayder (Rusiya, 12) – Anastasiya Potapova (Avstriya) — 6:1, 6:3
Arina Sobolenko (Belarus, 1) – Kristina Bukşa (İspaniya) — 6:0, 6:1
Sofya Kenin (ABŞ) – Yekaterina Aleksandrova (Rusiya, 7) — 6:7 (2:7), 3:6
Karolina Muxova (Çexiya) – Ayla Tomlyanoviç (Avstraliya, WC) — 4:6, 6:1, 7:6 (7:5)
Sorana Kirstya (Rumıniya) – Yelena Ostapenko (Latviya, 14) — 6:2, 7:6 (7:5)
Mari Bouskova (Çexiya) – Paula Badosa (İspaniya, 15) — 7:6 (7:4), 4:6, 2:6
Yelena Rıbakina (Qazaxıstan, 3) – Çjan Şuay (Çin, Q) — 6:3, 7:5
Qeyd edək ki, Brisben turniri mövsümün ilk böyük yarışlarından biri hesab olunur və Avstraliya Açıq çempionatı ərəfəsində tennisçilər üçün mühüm hazırlıq mərhələsidir.