9 yanvar 2026. Cümə

AMADA iki idmançını dopinqə görə cəzalandırıb


  • Offside
  • 15:48 07.01.2026
  • Oxunma sayı: 53
AMADA iki idmançını dopinqə görə cəzalandırıb

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) iki idmançının yarışlarda iştirakına qadağa qoyub.

90deqiqe.Az xəbər verir ki, atıcı Rəna Ələsgərova və qol güləşi üzrə idmançı Timoti Lyuis (ABŞ) antidopinq qaydalarını pozduqlarına görə 3 il müddətinə diskvalifikasiya olunublar.

Hər iki idmançının təqdim etdiyi nümunələrdə qadağan edilmiş maddənin mövcudluğu və istifadəsi aşkarlanıb.

Qeyd edək ki, Timoti Lyuis 2025-ci ilin oktyabrında Bakıda keçirilən dünya çempionatında iştirak edib. Həmin vaxt ondan götürülən dopinq analizi müsbət çıxıb.







Offside