9 yanvar 2026. Cümə

“Bura mənim evimdir”


  • Offside
  • 20:27 07.01.2026
  • Oxunma sayı: 63
“Bura mənim evimdir”

Braziliyalı müdafiəçi Tyaqo Silva “Portu”ya qayıdışını şərh edib.  

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu bu barədə sosial şəbəkədə hesabında yazıb.

“20 ildən artıq vaxt keçsə də, elə bil hər şey dünən baş verib. Avropadakı karyeramın başlandığı bu möhtəşəm kluba və şəhərə yenidən qayıtdım. Bura mənim üçün doğma ev kimidir. İşə başlamağı və klubun, eləcə də azarkeşlərin göstərdiyi sevgiyə layiqincə cavab verməyi səbirsizliklə gözləyirəm. Tezliklə görüşənədək, ‘Portu’nun azarkeşləri!”

Təcrübəli futbolçu Portuqaliya klubu ilə 2026-cı ilin iyununa qədər qısamüddətli müqavilə imzalayıb. Razılaşmada əməkdaşlığın 2027-ci ilin yayına qədər uzadılması seçimi də nəzərdə tutulur.

Qeyd edək ki, Tyaqo Silva daha əvvəl də 2004–2005-ci illərdə “Portu”nun formasını geyinib.







Offside