- Offside
- 23:40 08.01.2026
İspaniya Superkubokunun yarımfinal mərhələsində “Barselona” ilə “Atletik” (Bilbao) qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “King Abdullah Sports City” stadionunda baş tutan matç “mavi-qırmızılar”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
22-ci dəqiqədə “Barselona”nın hücumçusu Ferran Torres komandasını hesabda önə çıxarıb. 30-cu dəqiqədə yarımmüdafiəçi Fermin Lopes üstünlüyü artırıb, 34-cü dəqiqədə isə kanat oyunçusu Runi Bardji hesabı daha da böyüdüb. 39-cu dəqiqədə braziliyalı Rafinya dördüncü qolu vurub, 52-ci dəqiqədə isə o, dubl edib.
Beləliklə, “Barselona” İspaniya Superkubokunun finalına vəsiqə qazanıb. Final matçı yanvarın 11-də keçiriləcək və “mavi-qırmızılar”ın rəqibi “Atletiko” ilə “Real” arasında keçiriləcək Madrid derbisinin qalibi olacaq.