16 avqust 2026. Bazar günü

Azərbaycan klubu amerikalı basketbolçu transfer edib


  • Offside
  • 10:36 08.01.2026
  • Oxunma sayı: 261
Azərbaycan klubu amerikalı basketbolçu transfer edib

“Abşeron Lions” komandası heyətinə yeni basketbolçu cəlb edib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, “şirlər” ABŞ-dan olan Trevion Lamarın keçidini rəsmiləşdirib. 27 yaşlı pleymeyker ilə rəsmi müqavilə imzalanıb.

Trevion Lamarın son klubu İsveçrə təmsilçisi “Bazel” olub. O, ötən mövsüm orta hesabla 15.3 xal, 7.8 ribaund və məhsuldar ötürmələrlə yadda qalıb.

“Abşeron Lions” De Sin Eikenslə isə vidalaşıb.







Offside