- Offside
- 23:40 08.01.2026
2024-cü ilin Olimpiya çempionu, hazırda dünya reytinqində 24-cü pillədə qərarlaşan çinli tennisçi Çjen Tsinven Avstraliya Açıq Çempionatı–2026-da iştirakdan imtina etdiyini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, tennisçi qərarı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Bu qərarı vermək mənim üçün son dərəcə çətin oldu. Melburn mənim üçün ‘xoşbəxt məkandır’. Məhz burada Böyük Dəbilqə turnirinin əsas mərhələsində ilk qələbəmi qazandım və ən dəyərli təcrübələrimi yaşadım. Bu yerlə aramda xüsusi bağ var və mövsümə Melburn Parkda başlamağı çox istəyirdim.
Bərpa prosesi yaxşı getsə də və mövsümlərarası dövr problemsiz keçsə də, Böyük Dəbilqə turnirində iştirak üçün tennisçilərdən son dərəcə yüksək yarış formasında olmaq tələb olunur. Hazırda isə mən hələ optimal formama çatmamışam”
Xatırladaq ki, çinli tennisçi 2025-ci ilin iyulunda keçirilən Uimbldondan sonra dirsək əməliyyatı keçirib. Bu səbəbdən o, bir sıra turnirləri, o cümlədən US Open–2025-i buraxmalı olub.